Əziz müştərilər!
“Kəndimizdən.az” saytında satılan istənilən qida məhsulunu Bakı şəhəri daxilində olduğunuz yeri tərk etmədən rahatlıqla sifariş edə bilərsiniz.

ÇATDIRILMA HAQQI

Çatdırılma Bakı şəhəri daxilində həyata keçirilir.

Sifarişin ümumi məbləği 40 AZN-dən çox olduqda çatdırılma ödənişsizdir. Məbləğ 40 AZN-dən az olduqda çatdırılma haqqı 5 AZN təşkil edir.

ÇATDIRILMA MÜDDƏTİ

Saat 10:00-16:00 intervalında edilən sifarişlərin çatdırılması həmin gün ərzində, saat 16:00-dan sonra edilən sifarişlərin çatdırılması isə növbəti gün saat 10:00-18:00 aralığında həyata keçirilir. Sifarişlər məsafədən asılı olaraq şəhərdaxili ərazilərə 1 saat, şəhərətrafı ərazilərə isə 1.5 saat ərzində çatdırılır.

ÖDƏNİŞ

Sifariş məbləğini və çatdırılma haqqını qapıda (nağd) ödəyə bilərsiniz.

Qapıda ödəmə halında tərəfimizdən təqdim olunan çekdə qeyd olunmuş məbləği nağd şəkildə çatdırılmanı həyata keçirən əməkdaşa ödəyirsiniz.